Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb
Komaya düşən Ucar sakini 81 gün sonra vəfat edib.
Sizinxeber.az- nın yerli bürosunun xəbərinə görə, 26 yaşlı Sübhan Hüseynov müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. Mərhum doğulduğu kənd qəbirstanlığında dəfn olunacaq.
Qeyd edək ki, 15 aprel 2025 - ci ildə səhhətində yaranmış problemlə əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən rayonun Qazyan kənd sakini, 1999- cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət görülüb.
Əməliyyata hazırlanan S. Hüseynova verilən narkozdan sonra o, kamotoz vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunub.
Oxşar xəbərlər
Ucarda xəstə narkozdan sonra komaya düşüb
Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşüb
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
-
İsrail ordusu Əbu Şakanı öldürdü
