Sabunçuda qəbiristanlıqda narkotik satan şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Sabunçuda qəbiristanlıqda narkotik satan şəxs saxlanılıb


Sabunçu rayonunda yerləşən qəbiristanlıqda narkotik maddələr satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olan paytaxt sakini - əvvəllər məhkum olunmuş 31 yaşlı Cavid Əmirov Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığın ərazisində narkotikləri satan zaman saxlanılıb. Ondan 2 kiloqram marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində narkokuryerliyə sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb edildiyini bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Oxşar xəbərlər

Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar - FOTO
Bakıda 20 kq narkotik dövriyyədən çıxarılıb
Son bir ayda Hacıqabulda narkotik satan 15 nəfər saxlanılıb
Sosial şəbəkədə narkotik satan şəxslər saxlanılıb
Keçmiş məhkum 6 kq narkotiklə tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle