Şamaxıda qayınatasını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub, cinayət işi açılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şamaxıda qayınatasını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub, cinayət işi açılıb - YENİLƏNİB


Ötən gün Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan "Sizinxeber.az"a verilən məlumata görə, ilkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, T.Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

10.13

Şamaxıda kürəkən qayınatasını qətlə yetirib.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 31 yaşlı Teymur Vüqar oğlu Əliyev ailə münaqişəsi zəminində qaynatası, 54 yaşlı Elşən Seyfi oğlu Quliyevə bıçaqla xəsarət yetirib.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
Şamaxıda kürəkən qayınatasını qətlə yetirməkdə şübhəli bilinir
Maştağada 37 yaşlı kişinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB
Binədə 52 yaşlı kişi qətlə yetirilib
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər