Binədə 52 yaşlı kişi qətlə yetirilib
sizinxeber.az xəbər saytı

Binədə 52 yaşlı kişi qətlə yetirilib


Binədə 52 yaşlı kişi qətlə yetirilib.

Bu barədə "Sizinxeber.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 25-də saat 08 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1978-ci il təvəllüdlü Maksim Əhmədovun Səlim Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Oxşar xəbərlər

Göyçayda 26 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanılıb - YENİLƏNİB
Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB
Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle