Kürdəmirdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub — YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2025
11:00

Kürdəmirdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub — YENİLƏNİB

29 in, 2025
11:00
846

Kürdəmirdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub — YENİLƏNİB

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Sizinxeber.az”a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

23:21

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Bildirilir ki, rayonun Şilyan kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Abdulağa oğlu Abdulov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Mahir qızı Abdulovanı bıçaqlayaraq öldürüb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Artıq hadisəni törətməkdə şübhəli bilinən Elşən Abdulov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın