Bakıda avtomobil “KamAz”a çırpılıb, iki qadın xəsarət alıb
sizinxeber.az xəbər saytı

Bakıda avtomobil “KamAz”a çırpılıb, iki qadın xəsarət alıb


Bakıda avtomobil “KamAz”a çırpılıb, iki qadın xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda baş verib.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub:

"Hadisə yerində 2 qadına ilkin tibbi xidmət göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlara başın açıq yarası və bud sümüyünün sınığı diaqnozları təyin edilib. Hər iki şəxsə zəruri instrumental-diaqnostik müayinələr təyin edilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir".

Oxşar xəbərlər

Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb
TƏBİB: Faytonçu Nazim insult keçirib
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğında bir nəfər xəsarət alıb
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb
Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər