Ötən gün vətəndaşların bank kartlarından 4 min manatdan çox vəsait oğurlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
in
2025
11:30

Ötən gün vətəndaşların bank kartlarından 4 min manatdan çox vəsait oğurlanıb

25 in, 2025
11:30
664

Ötən gün vətəndaşların bank kartlarından 4 min manatdan çox vəsait oğurlanıb

Vətəndaşların bank kartlarından iyunun 24-də 3058, 400, 393, 268, 250, 25 manat pul vəsaitləri kiberüsulla oğurlanıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir.

"Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və birdəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır", - məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın