Həftəsonu vətəndaşların bank kartlarından 32 min manatdan çox pul oğurlanıb
sizinxeber.az xəbər saytı

Həftəsonu vətəndaşların bank kartlarından 32 min manatdan çox pul oğurlanıb


Vətəndaşların bank kartlarından iyunun 21-də və 22-də 32 min manatdan çox pul oğurlanıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub:

"Oğurlanmış məbləğlər arasında 20000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb. Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz".

DİN vətəndaşları bir daha xəbərdar edir ki:
• Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun,
• SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın,
• Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.

Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

Oxşar xəbərlər

Ötən gün bank kartlarından 8 min manatdan çox pul oğurlanıb
Ötən gün vətəndaşların bank hesablarından oğurlanan vəsaitin miqdarı açıqlanıb
Dünən bank kartlarından 12 min manat oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 24 min manatdan çox pul oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 6 min manata yaxın pul oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər