Alatavada qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü azadlığa buraxılıb, işə xitam verilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Alatavada qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü azadlığa buraxılıb, işə xitam verilib - YENİLƏNİB


Alatavada qanunsuz söküntü işləri ilə bağlı başlanan cinayət işinə xitam verilib.

APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar verilib.

Söküntü ilə bağlı saxlanılan Qala Eynullayev azadlığa buraxılıb.

Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

***

12.35

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.

APA-nın əldə etdiyi məlumata görə, söküntü ilə bağlı saxlanılan Qala Eynullayev azadlığa buraxılıb.

Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator Eynullayev Qala Seymur oğlu saxlanılıb. Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Qala Eynullayev isə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham olunub.

Oxşar xəbərlər

Alatavada qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü azadlığa buraxılıb
Qanunsuz söküntüyə görə həbs olunan “Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
“Melissa Group”un rəhbəri həbsdən ev dustaqlığına buraxılıb
Alatavada qanunsuz söküntü ilə bağlı saxlanılan “Melissa Group” şirkətinin rəhbəri həbs edilib
Alatavada qanunsuz söküntü ilə bağlı saxlanılan ekskavator sürücüsünün həbs müddəti uzadılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər