Qanunsuz söküntüyə görə həbs olunan “Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
sizinxeber.az xəbər saytı

Qanunsuz söküntüyə görə həbs olunan “Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb


Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov barəsində ev dustaqlığı buraxılması ilə bağlı təqdimata baxılıb.

"Sizinxeber.az" xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun müraciəti təmin edilib və Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər

Məhkəmə “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədovla bağlı qərar verib - YENİLƏNİB
"Melissa Group"un rəhbəri barəsindəki həbs qərarından apellyasiya şikayəti verməyib
Alatavada qanunsuz söküntü ilə bağlı saxlanılan “Melissa Group” şirkətinin rəhbəri həbs edilib
Alatavada qanunsuz söküntü ilə bağlı “Melissa Group” şirkətinin rəhbəri və ekskavator sürücüsü həbs edilib - YENİLƏNİB
“Melissa Group”un rəhbəri və ekskavator sürücüsünün həbs müddəti uzadılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər