Lənkəranda yük və minik avtomobilləri toqquşub - FOTO
sizinxeber.az xəbər saytı

Lənkəranda yük və minik avtomobilləri toqquşub - FOTO


Lənkəranda yük və minik avtomobiləri toqquşub.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralının 207-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Ford" markalı yük avtomobili, "Vaz-2104" markalı maşınla toqquşub. Qəza nəticəsində "Vaz-2104" markalı maşının sürücüsü Lənkəran rayonunun Gərmətük qəsəbə sakini 1976-cı il təvəllüdlü Natiq Mirzəbaba oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda yol qəzası olub, xəsarət alanlar var - FOTO
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda yol qəzası olub, xəsarət alanlar var
Lənkəranda ağır qəza baş verib, xəsarət alanlar var - FOTO
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər