sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Hacıqabulda baş verən qəza böyük tıxaca səbəb olub - FOTO
Bakı-Qazax yolunda baş vermiş qəza yolda böyük tıxaca səbəb olub.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınan metal boru yüklü “VOLVO” markalı TIR-ın aşması nəticəsində magistralda kilometrlərlə tıxac yaranıb.
19.00 radələrində baş verən qəza zamanı 3 saata qədər tıxac müşahidə edilib. Qəzanın fəsadları 22.30 radələrində aradan qaldırılıb.
Qeyd edək ki, qəza zamanı yük avtomobilinin sürücüsü Türkmənistan vətəndaşı 1990-cı il təvəllüdlü Nurgəldiyev Nuryağdı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb
Hacıqabulda baş verən qəzada Türkmənistan vətəndaşı ölüb - FOTO
Hacıqabulda avtomobil məktəblini vuraraq öldürüb
Hacıqabulda qəza baş verib, 2 nəfər ağır xəsarət alıb - VİDEO
Hacıqabulda qəza nəticəsində xəsarət alanların kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













