Saatlıda Arazda batan 18 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB-1
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
19.37
Saatlıda Araz çayında batan 18 yaşlı oğlanın meyiti tapılıb.
APA xəbər verir ki, meyit batdığı yerdən 30 metr aralıda FHN xilasediciləri tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
***
18.25
Saatlıda 18 yaşlı oğlan Araz çayında batıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Araz çayının Saatlı ryonunun Novruzlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bildirilir ki, Novruzlu kənd sakini, 2007-ci il təvəllüdlü Zəka Qasımovun çayda batması barədə əlaqədar qurumlara məlumat daxil olub. Hadisə yerində xilasedicilər cəlb olunub və axtarışlar davam etdirilir.
Oxşar xəbərlər
Araz çayının Saatlıdan keçən hissəsində 1 nəfər batıb
Ağcabədidə kanalda batan 17 yaşlı oğlanın meyiti tapılıb
Şəmkirdə Kürdə batan 17 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
