Şəmkirdə Kürdə batan 17 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəmkirdə Kürdə batan 17 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB


Şəmkirdə Kürdə batan yeniyetmənin meyiti tapılıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü Yaqub Ələkbərovun meyiti sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində Şəmkir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14.31

Şəmkirdə bir nəfər Kürdə batıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Qaranüy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Kürdə batan şəxsin rayonun Çaparlı kənd sakini 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlu olduğu bildirilir.

DİN-in Mətbua Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Sizinxeber.az-ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə Kür çayının rayon ərazisindən keçən hissəsində bir nəfərin batması ilə bağlı məlumat daxil olub. Hazırda polis əməkdaşları həmin əraziyə cəlb olunub.

Oxşar xəbərlər

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb
Ağstafada Kürdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB-1
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən digərinin meyiti tapılıb
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən digərinin meyiti tapılıb - YENİLƏNİB
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər