Qaxın tutulan icra başçısı və digər şəxslərin nədə ittiham edildiyi məlum olub - YENİLƏNİB
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin hansı qanunsuz əməllərdə təqsirli bilindiyi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.
***
14.59
Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
APA xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib.
İlkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb.
Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq news24.az saytı yayıb.
Oxşar xəbərlər
Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub - YENİLƏNİB
Qaxın icra başçısı, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb
Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
Qax İH-də əməliyyat keçirilib, saxlanılanlar var
Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













