FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
iy
2024
11:00
0
0
1 032

FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib

26 iy, 2024
11:00
1 032

FHN: Ötən sutka 17 yanğına çıxış olub, 6 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın