ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü
İranın Xarq adasının vurulması və nəzarətə götürmək niyyəti ABŞ-ın rejimin dirənişini qırmaq hədəfinə gedən yolda C planı kimi dəyərləndirilə bilər.
A planı – Xameneinin öldürülməsi və hava zərbələri ilə rejimin təslim olması baş tutmadı.
B planı – başda kürdlər olmaqla silahlı qrupların hərəkətə gətirilməsi variantı rəfə qaldırılmasa da, təxirə salındı. Hazırda İranın əsas gəliri ola neft ixracının qarşısını almaq – rejimin gəlirlərini məhdudlaşdırmaq istiqamətində addımlar atılır. İranın neft ixracının 90 faizini təmin edən adanın hədəfə alınması da buna hesablanıb.
Tramp hələlik adada hərbi hədəflərə zərbə endirdiklərini, İran Hörmüz boğazında keçidə problemlər yaradacağı təqdirdə, neft infrastrukturunu məhv edəcəklərini bəyan edib. Bu, ABŞ-ın İranı Hörmüz boğazında atdığı addımlardan çəkindirmək məqsədi kimi görünsə də, müharibənin gedişinə təsir edəcək faktor olan neft infrastrukturu ilə bağlı iki mümkün addım atıla bilər: ya hərbi hədəflər məhv edildikdən sonra xüsusi təyinatlıların yeridilməsi ilə ada nəzarətə götürüləcək; ya da neft infrastrukturu məhv ediləcək;
ABŞ bu addımlar İranı gəlirlərdən məhrum etmək və rejimi təslim olmağa sürükləmək niyyətindədir, yaxud ölkədə iqtisadi çöküşün yaşanacağı təqdirdə, hakimiyyətin küçə təzyiqi ilə üzləşəcəyi proqnozlaşdırılır. Hava zərbələrində Bəsic məntəqələrinin vurulmasının hədəflərindən biri də İranda mümkün küçə aksiyalarında rejimin etirazçılar qarşısında müqavimətini zəiflətməkdir. İran isə bu ssenariyə qarşı daha sərt addımlar ata, Müctəba Xameneinin dediyi “yeni cəbhələri” aça bilər.
Oxşar xəbərlər
İran İsrailin mümkün hücumuna qarşı bir neçə cavab variantı hazırlayıb
Məşhur Böyük Britaniya nəşrindən iddia: "İran Xameneinin planını həyata keçirməyə başlayıb"
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
Tramp neft idxalçısı olan ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə çağırıb
İran Hörmüz boğazında region ölkələri ilə birgə hərbi təlimdə iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
