Allahşükür Paşazadəyə yeni müavin təyin edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2025
11:50

Allahşükür Paşazadəyə yeni müavin təyin edilib

22 may, 2025
11:50
484

Allahşükür Paşazadəyə yeni müavin təyin edilib

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavinləri var, amma bizim yeni sədr müavininə də ehtiyacımız var.

Sizinxeber.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.

QMİ sədri yeni sədr müavini vəzifəsinə Ceyhun Rüstəmovun təyin olunmasını təklif edib.

Bundan başqa Allahşükür Paşazadə diqqətə çatdırıb ki, bugünkü iclasın mövzusu ilə bağlı QMİ-nin əsasnaməsinə də dəyişiklik edilməlidir: “Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyəti verilir”.

Bizimlə əlaqə saxlayın