QMİ:  Ən çox istifadə olunan ərzağın 3 kq-ı dəyərində adambaşına fitrə zəkat çıxarılmalıdır
sizinxeber.az xəbər saytı

QMİ: Ən çox istifadə olunan ərzağın 3 kq-ı dəyərində adambaşına fitrə zəkat çıxarılmalıdır


Fitr zəkatının məbləğini ailə sahibi qərarlaşdırır, ancaq İslam dinində fitrə zəkatının çıxarılmasının məbləği var.

Bunu Sizinxeber.az-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

İslamda fitr zəkatının miqdarı

“Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır”, - o qeyd edib.

Minimum və tövsiyə olunan məbləğ

Fuad Nurullayev bildirib ki, fitr zəkatında ən çox buğda unundan, çörəkdən, düyüdən, xurmadan, kişmişdən istifadə olunur: “Maddi imkanı yaxşı olanlar bunları 3 kilodan hesablaya bilər. Minimum heç olmasa, 14-15 manatdan hesablasalar, yaxşı olar”.

Oxşar xəbərlər

Fitrə zəkatını bank kartlarına köçürməklə çıxarmaq olar - RƏSMİ AÇIQLAMA
Maaşım ay sonuna çatmır: bəs kasıblar… - Deputat
“Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərində danışıq dəqiqələri və internet təqdim ediləcək
Prezident: Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq
İstanbulda İŞİD-ə dəstək verən 46 şübhəli saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər