Ramin Məmmədov: Dünyada müşahidə olunan mürəkkəb proseslər sayıqlıq tələb edir
Dünyada və Azırbaycanın aid olduğu coğrafiyada müşahidə olunan mürəkkəb proseslər daha sayıq və həssas olmağı tələb edir.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan din xadimləri Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, yeni bir tarixi mərhələ başlayıb:
"Təəssüflə qeyd etməliyik ki, bu mürəkkəb tarixi dövrdə din amili bəzən məqsədli şəkildə cəmiyyətləri parçalamaq üçün istifadə edilir. Etiqad anlayışının ictimai təfəkkürə təsir göstərən siyasi texnologiya vasitəsi kimi istifadə edilməsi cəhdləri dinin sosial və mədəni məzmununu təhrif edir. Onun birləşdirici funksiyasına kütləvi şübhə yaratmağa yönəlir".
Komitə sədri vurğulayıb ki, əsas hədəf belə yanlış təqdimatların yaratdığı təhdidlərə Azərbaycanın meydan olmasına imkan verməməkdir.
"Güclü dövlət həm də belə ehtimalları vaxtında aşkara çıxarır, proqnozlaşdırır, zəruri önləyici tədbirlər görür. Din xadimlərinin dövlət qurumları ilə kommunikasiyasının inkişaf etdirilməsi, bu baxımdan son dərəcə zəruridir", - o deyib.
Oxşar xəbərlər
Ramin Məmmədov: Əsas məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdir
Azərbaycan Prezidenti: Dünyada cərəyan edən mürəkkəb proseslər sülh və əmin-amanlığa ciddi təhdidlər yaradır
Ramin Məmmədov: Din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ramin Məmmədov: Dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi üçün ciddi işlər görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












