Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
Son vaxtlar Azərbaycanda elektronika mağazaları ilə bağlı vətəndaş şikayətlərinin artması diqqət çəkir. Alınan məişət texnikasının qısa müddətdə sıradan çıxması, zəmanət öhdəliklərinin yerinə yetirilməməsi və müraciətlərə formal yanaşma bu sahədə ciddi problemlərin mövcud olduğunu göstərir. Azərbaycanda zəmanətin üç növü mövcuddur: rəsmi (istehsalçı) zəmanəti, mağaza zəmanəti və servis zəmanəti. Lakin istehlakçı hüquqlarının effektiv qorunması baxımından elektronika mağazaları satdıqları məhsulları istehsalçı tərəfindən təqdim edilən rəsmi zəmanətlə satışa çıxarmalıdır. Digər zəmanət formaları istehsalçı məsuliyyətini əvəz etmir və alıcını tam şəkildə qorumur. Hazırda elektronika mağazalarının əksəriyyəti məhsullara rəsmi zəmanət təqdim etmir.
Bunun əvəzinə mağaza və ya servis zəmanəti təklif olunur. Bu isə məhsulda nasazlıq yarandıqda məsuliyyətin istehsalçıdan kənarda qalmasına və alıcının hüquqi baxımdan zəif vəziyyətdə qalmasına səbəb olur. Problemin əsas tərəflərindən biri də bazarda satılan məhsulların mənşəyi ilə bağlı qeyri-müəyyənlikdir. Bəzi qlobal brendlərin Azərbaycanda rəsmi satış nümayəndəliyi və rəsmi servis mərkəzi olmadığı halda, həmin brendlərin məhsulları elektronika mağazaları tərəfindən satışa çıxarılır, yəni məhsulun hardan gətirildiyi bəlli deyil. Space TV-nin aparıcısı Amil Xəlil Baku Electronics-dən aldığı kombinin normal işləmədiyini bir neçə dəfə mağazaya müraciət etməsinə baxmayaraq, məhəl qoyulmadığını bildirib. Bu cür hallarda məhsulda texniki problem yarandıqda istehsalçı məsuliyyət daşımır, mağaza məsuliyyəti servis mərkəzinin üzərinə yönləndirir, servis isə istehsalçı zəmanəti olmadığı üçün məhdud imkanlarla fəaliyyət göstərir.
Nəticədə istehlakçı faktiki olaraq hüquqi müdafiəsiz qalır. Hazırkı vəziyyət onu göstərir ki, elektronika mağazaları ilə bağlı artan narazılıqlar təsadüfi deyil. Satılan məhsullara rəsmi zəmanətin verilməməsi, məhsulların mənşəyi ilə bağlı qeyri-müəyyənlik və zəif nəzarət bazarda etimadın azalmasına səbəb olur. Bu istiqamətdə sistemli dəyişikliklər həyata keçirilmədiyi müddətdə vətəndaş şikayətlərinin azalacağı gözlənilmir.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, dövlət satıcının üzərinə tələb qoya bilməzki sən istehsalçı zəmanətini müştəriyə verməlisən. Çünki müştərinin münasibəti mağaza ilədir. Zəmanət o deməkdir ki, məhsul əgər keyfiyyətsiz çıxsa, mağaza məhsulu ya dəyişdirməlidir, yada qaytarmalıdır və müştərinin pulunu özünə ödəməlidir. Onun sözlərinə görə, müştəri üçün nə fərqi varki zəmanəti ona kim verir? Zəmanətin mənası odur ki, məhsul keyfiyyətsizdirsə geri qaytarılmalıdır. Bu baxımdanda Azərbaycan dövləti satıcının üzərinə rəsmi zəmanət tələbi qoya bilməz. Rəsmi zəmanət tələbi qoysa belə, istənilən halda məhsul keyfiyyətsiz çıxsa, müştəri mağazaya yaxınlaşır, brendə yox. Həttda Avropa ölkələrində belə istehsalçı zəmanəti məcburi deyil. Satıcının verdiyi zəmanət əsas götürülür. Yəni istehsalçı və satıcı arasında olan münasibətin müştəriyə heç bir adiyyatı yoxdur".
Oxşar xəbərlər
Azərbaycanda rəsmi avtodilerlərin adından verilən zəmanət etibarlıdırmı?
ABŞ Kiyevin təhlükəsizliyinə zəmanət olaraq havadan dəstəyi istisna etmir
"İrşad" elektronika mağazaları şəbəkələri arasında Azərbaycanda ən çox vergi ödəyən şirkət olub
İpoteka və Kredit Zəmanət Fondu iqtisadçı-ekspertlərlə görüş keçirib
Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 550 milyon manata yaxın güzəştli kredit alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
M10 2 gündür susur: vətəndaş çətinlikdə
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu











