Azərbaycan Prezidenti: Dünyada cərəyan edən mürəkkəb proseslər sülh və əmin-amanlığa ciddi təhdidlər yaradır
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: Dünyada cərəyan edən mürəkkəb proseslər sülh və əmin-amanlığa ciddi təhdidlər yaradır


Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır.

“Sizinxeber.az”un məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciətində əksini tapıb.

Dövlət başçısı belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsinin vacibliyinə diqqət çəkib.

“Mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür”, - Prezident vurğulayıb.

Oxşar xəbərlər

Prezident Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Prezident: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaradır
Ramin Məmmədov: Dünyada müşahidə olunan mürəkkəb proseslər sayıqlıq tələb edir
Ramin Məmmədov: Dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi üçün ciddi işlər görülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər