Gündüz İsmayılov: Azərbaycanda dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə yönələn cəhdlər var
sizinxeber.az xəbər saytı

Gündüz İsmayılov: Azərbaycanda dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə yönələn cəhdlər var


Azərbaycanda dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə, ənənəvi islamın zəiflədilməsinə yönəldilmiş cəhdlər var.

"Report"un Cənub bürosunun məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda dini durum sabitdir:

"Biz istər dini-ideoloji nöqteyi-nəzərdən, istərsə də ictimai-milli təhlükəsizlik kontekstində din sahəsində ciddi bir təhdidlə qarşı-qarşıya deyilik. Amma təəssüf ki, bəzi müəyyən narahatlıq və narahatlıq doğuran məqamlar var. Çünki dinin siyasiləşdirilməsinə, məzhəbçiliyə, ənənəvi islamın zəiflədilməsinə yönəldilmiş cəhdlər mövcuddur".

Sədr müavini bildirib ki, Azərbaycanda qadın hüquqlarının pozulmasına, dünyəvi dövlətə, dünyəviliyə qarşı cəhdlər, tendensiyalar zəif də olsa realdır.

"Dövlət-din münasibətlərinin təbliği, gedən proseslərin daha da şəffaflaşdırılması, dini maarifləndirməni gücləndirmə istiqamətində səylər daha da artırmalı, fəaliyyətimizi genişləndirilməli və gücləndirməliyik. Burada həm kəmiyyət, həm keyfiyyət dəyişikliyindən söhbət gedir", - G.İsmayılov əlavə edib.

Oxşar xəbərlər

Sədr müavini: Dini radikalizmlə mübarizə istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır
Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır
Gündüz İsmayılov: Azad edilmiş ərazilərdəki tarixi-dini abidələr turizm məqsədilə də istifadə ediləcək
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ramin Məmmədov: Dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi üçün ciddi işlər görülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər