M10 2 gündür susur: vətəndaş çətinlikdə
Artıq 2 gündür M10 tətbiqinin işləməməsi minlərlə vətəndaşı ciddi çətinlik qarşısında qoyub. Bir çox istifadəçi gündəlik ödəniş və köçürmələrini məhz bu sistem üzərindən etdiyinə görə nə alış-veriş edə bilir, nə də borclarını vaxtında ödəyə bilir.
Saytımızın baş redaktoru İzzət Qurbanov məsələ ilə bağlı bildirir ki, məsul tərəflə əlaqə saxlamağa çalışsalar da, konkret cavab ala bilməyiblər:
“Biz məsələ ilə bağlı dəfələrlə əlaqə saxlamışıq, amma qarşı tərəfdən bizə yalnız eyni cümlələr göndərilir. Görünən odur ki, cavabları kopyalayıb hamıya göndərirlər. Nə problemə dəqiq izah verilir, nə də nə vaxt düzələcəyi barədə konkret məlumat.”
Baş redaktorun sözlərinə görə, bu cür yanaşma vətəndaşların narazılığını daha da artırır və vəziyyətin ciddiliyinə məsuliyyətsiz münasibətin göstəricisidir.
Ən acınacaqlı vəziyyət isə odur ki, bu texniki problem təkcə “tətbiq açılmır” məsələsi deyil — bu artıq insanların real həyatına toxunan, maddi zərər vuran bir problemdir.
İstifadəçilər bildirir ki, M10-un işləməməsi səbəbindən:
ərzaq borcları qalıb,
market və gündəlik xərclər dayanııb,
bank kredit ödənişləri gecikir,
ödəniş gecikməsinə görə cərimə riski artır,
ailələr planlaşdırdığı xərcləri edə bilmir.
Bütün bunların fonunda məsul şəxslərin və ya qurumların 2 gündür konkret, aydın və şəffaf açıqlama verməməsi ictimai narazılığı daha da artırır. Vətəndaşlar sosial şəbəkələrdə saatlarla şikayət edir, lakin nəticə yenə eynidir: susqunluq, məsuliyyətsizlik və laqeyd münasibət.
Bu qədər insanın maliyyəsini bir sistemə bağlayıb reklam edənlər, insanları həmin sistemdən istifadə etməyə təşviq edənlər, indi isə problem olanda “yoxa çıxanlar” cəmiyyətin əsəbləri ilə oynayır.
Texniki nasazlıq baş verə bilər. Ancaq:
2 gün ərzində həll edilməməsi,
rəsmi və davamlı məlumatlandırmanın olmaması,
vətəndaşın gecikən kreditinə, borcuna cavab verilməməsi —
bu artıq sıradan problem deyil.
Bu hadisə bir daha göstərir ki, ölkədə bəzi xidmətlər insanları özünə möhkəm bağlayır, amma məsuliyyət daşımaq məsələsinə gələndə “texniki problem” adı ilə hər şeyi ört-basdır edir.
Vətəndaşlar tələb edir ki, M10-un işləməməsi ilə bağlı:
nasazlığın səbəbi açıqlansın,
bərpa müddəti konkret bildirilsin,
sistemə etimadı zədələyən bu məsuliyyətsizliyə görə cavabdehlər müəyyənləşdirilsin,
gecikən ödənişlərdən doğan zərərlərlə bağlı tədbirlər görülsün.
İstifadəçilər sual edir: əgər M10 2 gün işləmirsə və buna cavab verən yoxdursa, sabah daha böyük problem baş verəndə kim cavabdeh olacaq?
Oxşar xəbərlər
“Qiymətlər uçur, maaş yerində” – Ailələr bazarlıqda çətinlik çəkir – İzzət Qurbanov
Azercell-in 1 Günlük Mehribanlığı
Ərdoğan: Türkiyədə yaşananlar qanunun aliliyinin hakim olduğunun ən konkret göstəricisidir
"ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?
Günlərdir problem yaşayan "BakıKart"ın texniki nasazlığı niyə həll edilmir? - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












