Leyla Əliyeva və Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin yeni inşa edilmiş binasının açılışını ediblər - FOTOLENT
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva və Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin yeni inşa edilmiş binasının açılışını ediblər - FOTOLENT


APA xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sosial səhifəsində məlumat yayılıb.

Məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa edilmiş binasının açılışını ediblər.

Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək, onları binada yaradılmış şərait ilə tanış etdi.

Burada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasın həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradılıb. Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin, həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılmış və müxtəlif növ ağaclar əkilmiş, uşaqlar üçün istirahət guşəsi yaradılmışdır.

Qeyd edilməlidir ki, burada təkcə Uşaq Sığınacağında daimi yaşayan uşaqlarla bərabər günərzində təşkilata müraciət edən həssas ailələrindən olan uşaq və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunacaq, onların peşə və yaradıcılıq imkanları inkişaf etdiriləcək.

Açılış tədbirində Leyla və Arzu Əliyeva AUİB Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşmüş, onlara hədiyyələr təqdim etmiş və həmin uşaqlar tərəfindən təkrar emal olunan məmulatlardan hazırlanmış əl işlərindən ibarət “İkinci nəfəs” sərgisi ilə də tanış olmuşlar.

Oxşar xəbərlər

Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edirlər
Leyla Əliyeva və Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüblər
Prezident Arzu və Leyla Əliyevaları COP29-da fəal iştiraklarlarına görə təltif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər