

20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır, bu ilin sonuna qədər çap oluna bilər
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu “Azərbaycan dilinin orfoepiya lüğəti” və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni hazırlayır.
Bununla bağlı "Report"un sorğusuna cavab olaraq institutun aparıcı elmi işçisi, professor İsmayıl Məmmədli məlumat verib.
O qeyd edib ki, “Azərbaycan dilinin orfoepiya lüğəti” artıq son hazırlıq mərhələsindədir: "Orfoepiya lüğəti təxminən iyun ayının sonuna qədər hazır olacaq. Çap olunacağı tarixi isə əvvəldən demək çətindir. Amma ilin sonuna qədər bütün proseslərin yekunlaşması gözlənilir".
“Azərbaycan dilinin orfoepiya lüğəti”nin sonuncu dəfə 20 il öncə - 2004-cü ildə çap olunduğunu xatırladan professor budəfəki lüğətin daha zəngin olacağını söyləyib: "Əvvəlki lüğətdə 18 minə yaxın sözün tələffüzü qeyd olunmuşdu. İndi isə təxmini 30 minə yaxın sözün tələffüzünü hazırlamışıq. Əsasən ümumişlək sözlər lüğətə daxil edilib. Tam hazır olduqda ictimaiyyətə təqdim ediləcək".
İsmayıl Məmmədli “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndəki söz sayının isə 150 minə çatdırılmasının hədəfləndiyini söyləyib: "Bilirsiniz ki, orfoqrafiya ilə bağlı bəzi mübahisəli məqamlar olmuşdu. Onları aradan qaldırmağa çalışdıq. Amma bu lüğətin hazır olması vaxt aparacaq. Əslində, orfoqrafiya lüğəti beş ildən bir çap olunur. Bu dəfə isə yenidən müzakirəyə təqdim edilə bilər".
Oxşar xəbərlər
"Sabir Rüstəmxanlı ana dilinin anasını ağladan akademik dostlarından birinin adını çəkib, etirazını bildiribmi?!"
Hesabatlarımız narazılıqla qarşılansa da, bunlar dilimizin təmizliyinin qorunması üçündür - Sevinc Əliyeva
“Dədə Qorqud”un əlyazmasında 1000-ə yaxın səhv aşkarlanıb
“Bakı-İrəvan sülhü” üçün mübarizə gedir - Badalyan
Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
