“Dədə Qorqud”un əlyazmasında 1000-ə yaxın səhv aşkarlanıb
Yazılı mənbələrdə və mətbuatda yol verilən dil qüsurlarına həmişə rast gəlinib və təəssüf ki, problem bu gün də aktual olaraq qalır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı akademik Nizami Cəfərov Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin keçirdiyi “Saytlarımız monitorinq aynasında” adlı tədbirdə bildirib.
Akademik deyib ki, mətbuatda dərc olunan yazılarda harada gəldi vergül qolulması az qala kütləvi hal alıb:
“Harda “ki" görürlər, vəssalam, vergül qoyurlar. “Araq, ərək”, “ıb, ib” şəkilçilərindən sonra yerli-yersiz vergül qoyurlar. Harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var".
N.Cəfərov bildirib ki, mətbuatın yol verdiyi dil qüsurlarına görə dilçi alimlər də günahkardırlar. Çünki ədəbi dilin normaları, orfoqarafiya lüğəti dəfələrlə dəyişikliklərə məruz qaldığından KİV nümayəndələri də bəzən çaş-baş qalırıar.
“Məsələn, bir sözü gah "əsl" yazıblar, gah da "əsil". Bəzi mürəkkəb ifadələrdə “anti” sözü gah bitişik yazılır, gah ayrı, gah da defislə”.
Nizami Cəfərov deyib ki, vaxtilə dilçilər hətta “Dədə Qorqud” dastanının əlyazmasında da 1000-ə yaxın dil qüsuru aşkarlamışdlar.
O, orfoqrafiya qaydalarının ərəb dilindən alınan sözlərin yazılışında daha çox pozulduğunu qeyd edib.
Oxşar xəbərlər
Saytlarda ən çox edilən səhvlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monitorinq Mərkəzinin şöbə müdiri saytlarda türkcə yazanlardan danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesabatlarımız narazılıqla qarşılansa da, bunlar dilimizin təmizliyinin qorunması üçündür - Sevinc Əliyeva [xfgiven_updateblue][/xfgiven_updateblue]
Reklamların dili səhvlərlə doludur - Sevinc Əliyeva [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Səhvlərə qalsa, gərək deputatların yarısından çoxu...” – Professordan maraqlı açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












