"Sabir Rüstəmxanlı ana dilinin anasını ağladan akademik dostlarından birinin adını çəkib, etirazını bildiribmi?!"
"Sabir Rüstəmxanlı xaricə çox səfərlər edir və yəqin ki, təyyarədə nəyisə müşahidə edib və belə qənaətə gəlib. Azərbaycan dili Azərbaycan dövlətinin rəsmi dövlət dilidir, vəssalam. Xal qazanmaq naminə bunu mübahisələndirmək və müzakirə predmeti etmək, məncə, baş girələməkdən savayı bir şey deyil. Deputat, üstəlik də, deyib ki, gəlin, “aerodrom” və ya “aeroport” sözünü “hava alanı” kimi yazaq. İndiyədək "aerodrom" və ya "aeroport" yazmaqla məgər dilimiz məhv olub?! Belə bayağı və təfəkkür tələb etməyən təkliflərlə illər uzunu milləti usandırmaq, tıncıxdırmaq, dilin etibarına caynaq atmaq əvəzinə, xalqın taleyüklü problemlərinin qulpundan yapışmaq olmazmı?!"
Bu sözləri Redaktor.az-a açıqlamasında MEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov millət vəkili Sabir Rüstəmxanlının "Təyyarə, demək olar ki, Azərbaycan torpağıdır, orada bələdçilər Azərbaycan dilində normal danışmağı bacarmalıdır" fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, halbuki plenar iclasda xalqın maddi-sosial rifahı ilə bağlı daha mühüm məsələlərdən danışmaq olardı.
"Mən o cür çıxış və ya təklifləri populizmdən başqa bir şey hesab etmirəm. Sabir Rüstəmxanlı Ana dilinin anasını ağladıb onun başına min bir oyun açan, dil saxtakarlıqlarını mükafatlandıran və bu kimi pis işlərlə məşğul olan akademik-alim dostlarından birinin adını çəkib, etirazını bildiribmi?! Heç birinin adını çəkib etirazını bildirməyib və bildirməyəcək də. Hansısa bir nabələd bələdçiyə, jurnalistə, diktora, mahnı ifa edənə dil iradı tutmaq isə vəzifənin əyləncə hədiyyəsi kimi səciyyələndirilə bilər", - deyə professor qeyd edib.
Oxşar xəbərlər
Xankəndidə küçə adlarının dəyişməsi xoşbəxtlikdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tahir Kərimli növbədənkənar prezident seçkilərində namizəd olacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Onlar Paşayevadan yazdılar: Dünyanın işığı azaldı... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu yolda sürət həddi azaldıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monitorinq Mərkəzinin şöbə müdiri saytlarda türkcə yazanlardan danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












