Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
dek
2023
21:49

Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edilib

30 dek, 2023
21:49
1 256

Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edilib

Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-ə qədər 3 il müddətinə gömrük rüsumundan azad edilib.

"Report" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, daha 3 il gömrük rüsumundan azad edilən məhsullara aşağıdakılar daxildir:

Bəzi tərəvəz bitkilərinin toxumları,

maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları,

balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar.

Bizimlə əlaqə saxlayın