Bu gün Od çərşənbəsidir
Bu gün Od çərşənbəsidir.
Oxu.Az xatırladır ki, Od çərşənbəsi Novruz bayramına hazırlıq çərşənbələrinin ikincisidir və xalq inanclarına görə, bu gün odun müqəddəsliyi və təmizləyici gücü ön plana çıxır.
Bu çərşənbədə insanlar tonqal qalayır, onun üzərindən atlanaraq: "Ağırlığım, uğurluğum odda yansın", - deyirlər. Bu, bədlikdən, xəstəlik və uğursuzluqlardan qorunmaq inancını ifadə edir.
Od çərşənbəsi insan həyatında istilik, işıq və enerjinin simvoludur. Keçmişdə ocaq evin bərəkəti sayılırdı, bu gün də odun müqəddəsliyi Novruz ənənələrində yaşamaqdadır. Bu çərşənbə axşamı süfrəyə şirniyyat, qoz-fındıq və digər Novruz təamları düzülür, ailə üzvləri bir araya gəlirlər.
Od çərşənbəsi həm fiziki, həm də mənəvi təmizlənmə günü kimi qəbul edilir və Novruza doğru gedən yolun vacib mərhələlərindən biridir.
Qeyd edək ki, martın 11-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək. Novruz bayramı martın 20-si qeyd ediləcək.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Oxşar xəbərlər
Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf edəcək
Bu gün İlaxır çərşənbə qeyd olunur
AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır
Qusarın Hil kəndində Od çərşənbəsi özünəməxsus ənənə ilə qeyd olunub - YENİLƏNİB + VİDEO
Xocalıda uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalanıb - FOTO/VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













