

“Qaziyəm” deyib şəhəri bir-birinə qatdı, saxlanıldı - VİDEO
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qaydaları kobud şəkildə pozan sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dövlət qeydiyyat nişanı olmadan müxtəlif təhlükəli manevrlər edərək əks istiqamətli yola dəfələrlə çıxan sürücünü saxlamağa müvəffəq olublar.
Araşdırma zamanı 42-BT-660 dövlət nömrə nişanlı, “NAZ Lifan” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini Vaqif Arif oğlu Hüseynovun dövlət nömrə nişanlarını çıxararaq, sayrışan işıqlardan istifadə etməkdə dəfələrlə qayda pozduğu müəyyən olunub. Həmçinin tibbi müayinədən keçirilən zaman sürücünün narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.
Sürücü guya qazi olduğunu iddia edərək məsuliyyətdən yayınmağa çalışıb. Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona İnzibati Xətalar Məcəlləsinin 342.7, 327.4, 327.2, 333.1, 342.9 və 327.1-ci maddələri ilə protokol tərtib olunub. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub.
Oxşar xəbərlər
Lənkəranda maşının nömrələrinə müdaxilə edən qazi saxlanıldı
Polisin “saxla” əmrinə tabe olmadı - Həbs edildi - FOTO/VİDEO
Hacıqabulda avtoxuliqan inzibati qaydada həbs edilib
"Land Rover"lə qayda pozuntusu törədib sosial şəbəkədə paylaşan qadın cəzalandırıldı - VİDEO
Yolda qaydanı pozaraq sosial şəbəkədə paylaşan sürücü saxlanılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmamoğluya qarşı əməliyyatın səbəbi: milyonlar sayılır - Video
-
Lənkəranda məktəblilər Novruz bayramını coşqu ilə qeyd etdilər
-
Ağdərənin Sırxavənd kəndində insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
-
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Birbank da qoşulub
-
Rusiyaya indiyə kimi nə qədər sanksiya tətbiq edildiyi açıqlanıb
-
Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları təsdiqlənib
