İllərdir ertələnən "Sosial şəbəkə qanunu"nun nəticəsi: "Motikimilər" - VİDEO
sizinxeber.az xəbər saytı

İllərdir ertələnən "Sosial şəbəkə qanunu"nun nəticəsi: "Motikimilər" - VİDEO


Təxminən son 10 il ərzində Milli Məclisdə dəfələrlə sosial şəbəkə haqqında təkliflər verilərək müzakirələr aparılmışdır. Nəticədə ortada hələ də qəbul edilmiş bir qanun lahiyəsi yoxdur. Bu səbəbdən bəzi sosial şəbəkə istifadəçiləri gün keçdikcə milli mənəvi dəyərlərimizi, əxlaq normalarını heçə sayaraq öz izləyicilərinə sözün əsl mənasında iyrənc tərkibli materiallar təklif edirlər. Buna misal olaraq ötən günlərdə qarşımıza çıxan "moti" adlı "Tik Tok" istifadəçisi" xanım"ın canlı yayımını göstərmək olar. Sözügədən yayım zamanı bu şəxsin sanki heç bir tərbiyə görməyibmiş kimi bir davranış nümaiş etdirməsi onun istifadə etdiyi bel altı ifadələrdən, iyrənc danışıq tərzindən aşkarca görünür. Əminik ki, bu görüntələri izləyən heç kim uşaqlarının, ailə üzvlərinin sosial şəbəkələrdə vaxt keçirən zaman belə görüntülərlə qarşılaşmasını, izləməsini istəməz. Və hər kəsin ağlından keçənlərdən biri isə: bu məsələ haqqında qanuni tədbir görülməlidir, belə olmaz - düşüncəsi olar.

Diqqətinizə çatdıraq ki, sözügedən yayımı 1500-dən artıq istifadəçi izləyib və bu səbəbdən xüsusi alqoritma yayımı daha da önə çəkərək daha çox istifadəçinin izləməsini tövsiyə edir.

Təəssüflər olsun ki, gün keçdikcə bu kimi halların sayında artım müşahidə olunur. Bu isə aradan qaldırılması zəruri olan haldır.


Oxşar xəbərlər

Kimdir müqəssir? - Sosial şəbəkə bataqlığı - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“X” sosial şəbəkəsinin işində problem yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə “TikTok” və “X” sosial şəbəkələrində ədəbsiz canlı yayım edənlər saxlanıldılar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial yardımlar nə qədər artırılacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xoşqədəmdən məhkəmədə uduzduğu Aysel Əlizadəyə sərt mesaj [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər