Xoşqədəmdən məhkəmədə uduzduğu Aysel Əlizadəyə sərt mesaj
Sizinxəbər.Az-ın məlumatına görə,müğənni Aysel Əlizadə və aparıcı Xoşqədəm Hidayətqızı arasında 4 il sürən məhkəmə çəkişməsi bu günlərdə bitib. Prosesdə müğənni aparıcıya qalib gəldiyi haqda sosial şəbəkə hesabında post paylaşıb.
Qalmaqallı məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında Turanə Nəcəfovanın (2019-cu ildə Turanə Nəcəfova “Səni axtarıram” ictimai-sosial verilişinin efirinə çıxaraq Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib) fotosunu paylaşaraq qarşı tərəfə, yəni Ayselə sərt mesajlar ünvanlayıb:
“Bu qadına diqqətlə baxın! Adı Turanədir, ailəsini dağıtdılar. İki bacı bu gün ayrı-ayrı evlərdə yaşayırlar. Bu qadının səsi oldum, evini, alimentini aldım, iki bacının eyni məktəbdə oxumasına nail oldum! Onu qorumaqda davam edirəm. Yəni əxlaqlı, məşuq hesabına ev, avtomobil sahibi olmayan qadınlar üçün ölümə belə gedərəm.
Gələcək nəsillər, əxlaqlı oğul, qız sahibi olmaq üçün biz belə əxlaqlı Azərbaycan qadınlarını qorumalıyıq. Mən qoruyuram və bundan sonra da qoruyacağam. Əxlaqsız, evli kişilərin yuvasını dağıdanlar nəzarətim altındadır. Bu yaxınlarda yeni foto və videolarla, üzr istəyirəm həm də səs yazıları ilə bu dəfə başqa-başqa evi yıxılan, yuvası dağıdılan bir yetimi tanıyacaqsınız. Sizi sevirəm”.
Qeyd edək ki, 4 il əvvəl sözügedən proqramda müzakirə əsnasında Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.
Aysel X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətini alçaltdığını əsas gətirərək təzminat iddiası qaldırıb. İddiaya 3 il müddətində müxtəlif məhkəmə orqanlarında baxılıb və bu günlərdə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3000 manat təzminat ödəməlidir.
.jpg)
Oxşar xəbərlər
Aysel Əlizadə Xoşqədəmə məhkəmədə qalib gəldiyini AÇIQLADI: “Hər şey sübut olundu!”
Xoşqədəm Hidayətqızı: “Doğuşa yaxınlaşan hər qadını araşdırıram”
Aygün Səidəni belə təbrik etdi - FOTO
Nitq məhdudiyyətli azyaşlıya qarşı kobudluq görüntüləri - Loqoped baş verənlərə aydınlıq gətirdi + VİDEO
Yalnız rəsmi mənbələrə istinad edin - MN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












