Türkiyədə “TikTok” və “X” sosial şəbəkələrində ədəbsiz canlı yayım edənlər saxlanıldılar
Türkiyənin İstanbul şəhərində sosial şəbəkələrdə ədəbsiz videolar paylaşdıqları, qeyri-etik canlı yayımlar etdikləri və pornoqrafik məzmunlu söhbətlər etdikləri ittihamı ilə beşi qadın olmaqla altı nəfər saxlanılıb.
İstanbulda Asayiş Şöbə Müdirliyi və Əxlaq Bürosu qrupları tərəfindən “TikTok” və “X” (keçmiş “Twitter”) sosial şəbəkələrində ədəbsiz məzmunlu canlı yayımlar edən və digər hesablar vasitəsilə pornoqrafik videolar paylaşan şübhəlilərə qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı canlı yayımda əxlaqsız ifadələr işlətdiyi məlum olan şübhəlilərin ünvanlarına basqın edilib və saxlanılaraq Asayiş Şöbə Müdirliyinə gətiriliblər. Barələrində Türkiyə Cinayət Məcəlləsinin 226-cı (ədəbsizlik) maddəsi üzrə prosedurlar həyata keçirilən şübhəlilərdən dördü prokurorluğa aparılıb. Daha sonra onlardan ikisi ifadələri alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, daha əvvəl sosial media hesabından pul qarşılığında ədəbsiz məzmunlu canlı yayım edərək bir saatda 100 min Türkiyə lirəsi (təxminən 5 800 manat) topladığı iddia edilən 35 yaşlı qadın da saxlanılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.



Oxşar xəbərlər
Azərbaycanda “TikTok”a giriş məhdudlaşdırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıbəy Heydərli: “TikTok”un ölkə ərazisində məhdudlaşdırılması tamamilə düzgün addımdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İllərdir ertələnən "Sosial şəbəkə qanunu"nun nəticəsi: "Motikimilər" - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
“TikTok”er Ləman narkotikə görə həbs edilib? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












