Yeniyetmə qız 42 yaşlı şəxsə ərə verilir? - AÇIQLAMA
sizinxeber.az xəbər saytı

Yeniyetmə qız 42 yaşlı şəxsə ərə verilir? - AÇIQLAMA


Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumatlar paylaşılıb.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan iddialar televiziya verilişlərindən birində müzakirəyə çıxarılıb. Hətta qızın anası televiziya ilə əlaqə saxlayaraq vəziyyəti izah edib, toyun olmadığını və elçi gələnin 42 yox, 27 yaşı olduğunu deyib.

Sosial şəbəkələrdə yayılan fotolarda isə həmin şəxsin 27 yaşlı birinə bənzəmədiyi iddia edilib.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı oxu.az-a açıqlamasında bildirib ki, Beyləqan rayonu Qarallar kəndində 17 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş müraciət araşdırılıb.

Onun sözlərinə görə, gənc qız valideynləri ilə birgə polis orqanına dəvət olunub:

"Onlar izahatlarında qızlarına heç bir nişan və toy məclisi etmədiklərini, fevralın 17-də evlərində övladları üçün elçilik məclisinin olduğunu bildiriblər.

Valideynlərlə profilaktiki və izahedici söhbətlər aparılıb, qızlarının 18 yaşı tamam olmayanadək nişan və toy məclisi etməyəcəkləri barədə iltizamları alınıb”.

Oxşar xəbərlər

Daha bir məktəbli qızı nişanlamaq istədilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN-dən 16 yaşlı qızın 32 yaşlı oğlanla nikahsız yaşaması məsələsinə REAKSİYA - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN-dən 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması məsələsinə REAKSİYA [xfgiven_updateblue][/xfgiven_updateblue]
40 yaşlı kişiyə ərə verilən, toyda başqası ilə qaçan 17 yaşlı qız oğurluq da edibmiş - TƏFƏRRÜAT + YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - Ailəsi danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər