sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - Ailəsi danışdı
Sosial şəbəkələrdə Kürdəmir rayonunun Muradxan kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb.
Məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün Baku TV-nin əməkdaşı həmin kənddə olub.
Məsələ ilə bağlı yeniyetmənin nənəsi bildirib ki, nə nişan olub, nə də toy: “Dedim ki, bu işə razılığımız yoxdur. 18 yaşı tamam olsun, həddi-büluğa çatsın, ondan sonra gələrlər, apararlar”.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT
Evləndirmək məqsədi ilə qaçırılan 14 yaşlı qızla bağlı DİN-dən RƏSMİ AÇIQLAMA
Astarada 14 yaşlı qız 28 yaşlı oğlanla nişanlandı
Vaqif Əsədovun yerinə TƏYİNAT
Kürdəmirdə 7 məktəbdə qızılca yayıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













