DİN-dən 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması məsələsinə REAKSİYA
“Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması faktına görə hüquq-mühafizə orqanlarının əməkdaşları ailənin evində olub, ailə başçıları ilə danışıqlar aparıblar. Yetkinlik yaşına çatmayan qızın təhsilinə davam etməsi təmin edilib”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:
“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.
Oxşar xəbərlər
12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması faktı təsdiqləndi: Qurumlar hərəkətə keçdilər
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - Ailəsi danışdı
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT
Evləndirmək məqsədi ilə qaçırılan 14 yaşlı qızla bağlı DİN-dən RƏSMİ AÇIQLAMA
Azərbaycanda 12 yaşlı qızı 34 yaşlı kişiyə nişanlayıblar? - İDDİA + VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













