Daha bir məktəbli qızı nişanlamaq istədilər
sizinxeber.az xəbər saytı

Daha bir məktəbli qızı nişanlamaq istədilər


Masallı rayonunda IX sinifdə oxuyan qızı nişanlamaq istəyiblər. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Belə ki, qızın və oğlanın ailəsi nişan mərasimi keçirməyə hazırlaşıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq araşdırma aparılıb:

“Həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət edilib. Polis əməkdaşları və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı tərəfindən qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri ona izah edilib.

Qızın valideynləri sözügedən məsələ ilə bağlı hər hansı mərasimin keçirilmədiyini, sadəcə gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildirib. Həmçinin, araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib”.

DİN-dən qeyd edilib ki, sözügedən məsələ, o cümlədən yeniyetmənin təhsilinə davam etməsi mütəmadi şəkildə diqqətdə saxlanılacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə də məlumatlar yayılmışdı.

Oxşar xəbərlər

DİN-dən 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması məsələsinə REAKSİYA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması faktı təsdiqləndi: Qurumlar hərəkətə keçdilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
RTİ: 12 yaşında nişanlandırılan şagirdin dərsə davamiyyətində problem yoxdur - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - Ailəsi danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər