Sizinxeber.az » Cəmiyyət » "Azpulmat" və "Manato" qaydaya əməl etmir: Faizlər hələ də yüksəkdir

"Azpulmat" və "Manato" qaydaya əməl etmir: Faizlər hələ də yüksəkdir

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nı təsdiq edib.

Milli.Az xəbər verir ki, qərar 24.11.2024 tarixdən qüvvəyə minib.

Qərara əsasən,  "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarının fəaliyyəti ciddi şəkildə tənzimlənir. 

Belə ki, bundan sonra "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə bilərlər və gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox.

Borcun qaytarılma müddəti də 45 gün olmalıdır.

Vətənşlar məsələ ilə bağlı Milli.Az-a müraciət edərək bildirirlər ki, qərar qəbul olunsa da bəzi bank olmayan kredit təşkilatları qaydalara əməl etmir və hələ də yüksək faizlə kredit təklif edirlər.

Məsələni dəqiqləşdirmək üçün  "Azpulmat" və "Manato" ilə əlaqə saxladıq.

"Azpulmat"-dan bildirildi ki, onlar hələ də köhnə qayda ilə çalışırlar, səbəb kimi də onu əsas göstərdilər ki, yeni qərar hələ qanuni qüvvəyə minməyib. 

Hazırda "Azpulmat"-da 70 manat kredit üçün günlük 1 manat 20 qəpik hesbalanır. Yeni qaydaya əsasən isə bu rəqəm 21 qəpikdən çox ola bilməz.

"Manato"da oxşar cavabı aldıq. Şirkətdən bildirildi ki, yeni qayda hələ qüvvəyə minməyib, buna görə də köhnə qayda ilə çalışırlar. 

"Manato"da 500 manat kredit üçün 30 gün ərzində 112 manat faiz hesablandı. Yeni qaydaya əsasən isə bu rəqəm 45 manatdan çox ola bilməz.


DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !