Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: “Böyüyə, kiçiyə hörmət edən uşaqdır”
Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.
Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəliovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.
Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.
Modern.az xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəliovun qonşusu - Zərifə Mahmudova adlı qadın yeniyetmənin “TikTok”un qurbanı olduğunu qeyd edib:
“Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!” - deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib.
Oxşar xəbərlər
Hərəkətlərinə görə tənqid edilən yeniyetmə tanınmış şəxsin nəvəsi imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşlı insanları narahat edən yeniyetmə - Afiyəddin Cəlilovun nəvəsi xəstəxanaya yerləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - Ailəsi danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə “TikTok” və “X” sosial şəbəkələrində ədəbsiz canlı yayım edənlər saxlanıldılar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sağlamlıq imkanları məhdud olan İlfanın nənəsi “TikTok”da onun adından pul yığır? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












