Hərəkətlərinə görə tənqid edilən yeniyetmə tanınmış şəxsin nəvəsi imiş
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri müzakirələrə səbəb olub.
Redaktor.az xəbər verir ki, sonuncu dəfə paytaxtın mərkəzində yaşlı qadını qucağına alaraq onu narahat etməsi ilə gündəmə gələn yeniyetmə Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.
Paytaxtın Səbail rayon sakini olan Əli-Afiyəddin Nihad oğlu Cəlilov sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınır. Babasının adını daşıyan yeniyetmənin atası Nihad Cəlilov isə Bakıda tanınmış biznes adamlarından sayılır. “Armada Distrubition” şirkətinin rəhbəri olan Nihad Cəlilov Bakı bulvarı ərazisində iaşə obyektinə də sahibdir.
Qafqazinfo-nun əldə etdiyi digər məlumata görə, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir.
Qeyd edək ki, Afiyəddin Cəlilov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb.
Oxşar xəbərlər
Avtoqəzada həlak olan hərbçi Nihad Namazovun nəşi Tovuz rayonuna gətirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının 10 yolunda tıxac yaranıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzada həlak olan hərbçimizin - Fotosu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












