Zərgərlik məmulatlarının istehsalı ilə bağlı vergi güzəşti
sizinxeber.az xəbər saytı

Zərgərlik məmulatlarının istehsalı ilə bağlı vergi güzəşti


Bu ildən Azərbaycanda zərgərlik məmulatlarının istehsalında istifadə olunan dəzgahların, avadanlıqların və qurğuların idxalı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Sizinxəbər.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq qurumun təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalına tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək.

Bu güzəşt 2021-ci il yanvarın 1-dən üç il müddətinə nəzərdə tutulmuşdu.

Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.

Oxşar xəbərlər

Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək
Sementin bəzi növləri gömrük rüsumundan azad edilən malların siyahısından çıxarılıb
Azad edilmiş ərazilərdə ƏDV-dən azad edilən materialların siyahısında dəyişiklik edilib
Azərbaycanda kinematoqrafiya müəssisələrinin mənfəəti 3 il müddətinə vergidən azad edilib
Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər