Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb


Bu gündən Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti 30 gün artırılıb.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, vergi ödəyicisinin və yaxud başqa borclu şəxsin vergi orqanının qərarlarından, vergi orqanının vəzifəli şəxsinin hərəkətlərindən şikayətlərinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Amma şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətinə uzadılacaq. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir.

Oxşar xəbərlər

Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılıb
Naxçıvanda bu il aktiv vergi ödəyicilərinin sayı 19 % artıb
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Vergi ödəyicilərinə - Xəbərdarlıq
Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər