Sementin bəzi növləri gömrük rüsumundan azad edilən malların siyahısından çıxarılıb
sizinxeber.az xəbər saytı

Sementin bəzi növləri gömrük rüsumundan azad edilən malların siyahısından çıxarılıb


Azad edilmiş ərazilərdə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısında dəyişiklik olub.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarında dəyişikllik edilib.

Dəyişikliyə əsasən, “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”ndan boyanmış və ya boyanmamış, hazır və ya klinker formasında portlandsement, giltorpaqlı sement, şlaklı sement; supersulfat sementi və analoji hidravlik sementlər çıxarılıb.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə ƏDV-dən azad edilən materialların siyahısında dəyişiklik edilib
Azərbaycana idxal edilən bəzi məhsullar daha 2 il gömrük rüsumundan azad edilib
Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edilib
Azərbaycana idxal edilən inəklər, toyuqlar və kərə yağı daha 2 il gömrük rüsumundan azad edilib
Ölkəyə gətirilən istehsal məqsədli tütünün gömrük rüsumundan azad edilmə müddəti artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər