Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək
sizinxeber.az xəbər saytı

Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək


Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə bağlıdır. Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur.

Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub.

Tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir edəcək.

Oxşar xəbərlər

Azərbaycanda əmanət faizlərinin vergiyə cəlb olunması qaydası dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vergi ödəyicilərinə - Xəbərdarlıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqi verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur Əliyev: "TƏBİB-in müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini aparacaq qurum müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər