TƏBİB-in səlahiyyətləri artırılıb
Epidemik göstərişlərə görə profilaktik peyvəndləmə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən aparılacaq.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılması müddəti və Qaydası”nda, “Psixoloji-tibbi-pedaqoji komissiya barədə Əsasnamə”də və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Belə ki, dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılır.
Əvvəlki qaydaya görə, bu istiqamətdə profilaktik peyvəndləmə aparmaq səlahiyyəti olan qurumların siyahısında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də vardı. Dəyişiklikdən sonra bu səlahiyyət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən alınaraq TƏBİB-ə verilib.
Oxşar xəbərlər
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSX-nin əsgəri vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslər hərbi qeydiyyata alınacaq - Qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazirdən qazilərlə bağlı mühüm QƏRAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sintetik uçotun aparılması Qaydası” AMB-yə aid edilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












