"Sintetik uçotun aparılması Qaydası” AMB-yə aid edilməyəcək
Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nda dəyişiklik edib.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra sintetik uçotun aparılması qaydası kredit təşkilatları ilə yanaşı, Azərbaycan Mərkəzi Bankına (AMB) da aid edilməyəcək.
Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
NK-dan qida və yem məhsulları ilə bağlı qərar
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib
Bu şəxslər hərbi qeydiyyata alınacaq - Qərar
Şərqi Zəngəzurda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti vahid indekslərin siyahısına daxil edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













