

Bu şəxslər hərbi qeydiyyata alınacaq - Qərar
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaq.
Sizinxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb
Qərarla Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar.
Qaydada nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilməlidir.
Oxşar xəbərlər
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN imzalayıb
Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir
Azərbaycanda hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Baş nazirdən qazilərlə bağlı mühüm QƏRAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
