DSX-nin əsgəri vəfat edib
sizinxeber.az xəbər saytı

DSX-nin əsgəri vəfat edib


Dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xəyal Əzim oğlu Həsrətovun səhhəti qəfil pisləşib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Faktla bağlı prokurorluq orqanları Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma işləri aparır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Oxşar xəbərlər

Ruben Vardanyan saxlanıldı - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vardanyanı saxlayan kimdir? - Sensasion isim [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb - DSX [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslər hərbi qeydiyyata alınacaq - Qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər