Xəstə çox, həkim yox: Şəki Rayon Mərkəzi Xəstəxanasına ağxalatlılar axtarılır
sizinxeber.az xəbər saytı

Xəstə çox, həkim yox: Şəki Rayon Mərkəzi Xəstəxanasına ağxalatlılar axtarılır


Bir vaxtlar şimal-qərb bölgəsində məşhur həkimləri ilə tanınan Şəkidə indi ağ xalatlıları gündüz vaxtı çıraqla gəzirlər.

Sizinxəbər.Az xəbər verir ki,200 min nəfərə yaxın sakini olan şəhərdə ixtisaslı həkim az qala yox dərəcəsindədir.

Şəhər sakini Çingiz Nağıyev deyir ki, dövlət xəstəxanalarındakı təcrübəli həkimlər işləmək üçün özəl xəstəxanalara gediblər: “Dövlət xəstəxanalarında qalan həkimlərin çoxu da günorta saat üçdən sonra yerində olmur”.

Şəki Rayon Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu Gülnarə Cabbarova kadr, həkim çatışmazlığının olduğunu etiraf edib: “Həkim məzuniyyət götürəndə yaranmış boşluğu doldurmaq mümkün olmur. Bu da göstərilən xidmətin səviyyəsini aşağı salır və çox çətinlik yaradır. Həkimlərimizin əksəriyyəti müqavilə ilə işləyir”.

Daha ətraflı İTV-nin süjetində:

Oxşar xəbərlər

Yevlaxda yeniyetmə qida zəhərlənməsindən öldü
Ürək sağlamlığını qorumağın yolları - HƏKİM MƏSLƏHƏTİ
Qənirə Paşayeva üçün xüsusi həkim gətirildi
Kürdəmirdə qızılcadan ölən azyaşlı peyvənd olunmayıbmış
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər